Ermənistanda müstəntiqlər kütləvi şəkildə istefa verdilər

 Ermənistanda müstəntiqlər kütləvi şəkildə istefa verdilər
  30 Yanvar 2019    Oxunub:2603
Ermənistanın Xüsusi İstintaq Xidmətinin (XİX) bir neçə müstəntiqi işdən çıxaraq istefa ərizələrini rəhbərliyə təqdim ediblər.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Joxovurd” qəzeti etibarlı mənbələrinə istinadən yazıb.
“İstefa verən müstəntiqlər öz yaxınlarına etiraf ediblər ki, daha işləmək istəmirlər, çünki bu və ya digər tanınmış şəxslərlə bağlı məhkəməyə heç bir sübutun olmadığı səs-küylü cinayət işləri daxil olanda çıxılmaz vəziyyətdə qalırlar. Və dəlillərin olmamasına rəğmən ardıcıl ərizələr göndərilir ki, həmin adamları mütləq həbs etmək lazımdır. Nəticədə məhkəmə ortada heç bir sübutun olmadığına əsaslanaraq şikayət ərizələrini rədd edir, işin istintaqını aparan müstəntiqlər isə xoşagəlməz duruma düşürlər. Məsələ ilə bağlı XİX-ə müraciət etdik və onlar işçilərin könüllü olaraq işdən çıxdıqlarını təsdiqlədilər”, – “Joxovurd” nəşri qeyd edib.

Bu mənada qəzet istisna etmir ki, müstəntiqləri kütləvi istefaya məcbur edən həmin səs-küylü həbslər baş nazir Nikol Paşinyan hökumətinin əsassız ittihamlarla həbsxanaya atmaq istədiyi siyasi xadimlər və oliqarxlarla bağlıdır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti