Qazaxıstanda qızılcaya yoluxanların sayı rekord həddə çatıb

Qazaxıstanda qızılcaya yoluxanların sayı rekord həddə çatıb
  30 Yanvar 2019    Oxunub:1821
2019-cu ilin əvvəlindən başlayaraq Qazaxıstanda qızılca xəstəliyinə yoluxanların sayı artaraq min nəfəri keçib.
Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin ictimai sağlamlığın qorunması komitəsinin yaydığı məlumatda deyilir.

“2019-cu ilin ilk günündən başlayaraq qızılca xəstəliyinə 1114 yoluxma halı qeydə alınıb. Onların 71,1 faizi (799 nəfər) yaşı 14-dək olan uşaqlardır”, - məlumatda vurğulanıb.

Komitə bəyan edib ki, qızılca epidemiyasının yayılmasının qarşısını almaq üçün Səhiyyə Nazirliyi infeksiya ocaqlarında peyvənd olunmayan uşaqların müəyyənləşdirilməsinə və onların vaksinasiyasına istiqamətlənən epidemiya əleyhinə tədbirlər həyata keçirir.

Qeyd edək ki, Qazaxıstanda təkcə bu ilin yanvarında qızılcaya yoluxanların sayı bütövlükdə 2018-ci il üzrə qeydə alınan ümumi göstəricini üstələyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti