Həbs edilən rusiyalı senatorun atası da saxlanıldı

   Həbs edilən rusiyalı senatorun atası da saxlanıldı
  30 Yanvar 2019    Oxunub:2332
Bu gün saxlanılan rusiyalı senator Rauf Araşukovun atası Raul Araşukov ətrafında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə "TASS"-a hüquq mühafizə orqanlarındakı mənbə deyib. Rusiya İstintaq Komitəsi isə təbii qaz sənayesinin tanınmış sahibkarı Raul Araşukovun həbs edildiyini təsdiq edib.

Qeyd edək ki, Rauf Araşukov cinayətkar cəmiyyətin təşkili və onda iştirak da daxil olmaqla bir neçə cinayətdə ittiham olunur.

Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti