Riqanın meri korrupsiyada ittiham edilir

Riqanın meri korrupsiyada ittiham edilir
  30 Yanvar 2019    Oxunub:1896
Latviyanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu (KNAB) Riqa meri Nil Uşakovun iqamətgahı və ofisində axtarışlar aparır.
Azvision.az xəbər verir ki, bu barədə LSMB portalı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, axtarışlar Uşakovun Riqa dumasındakı kabinetində və onun iqamətgahında aparılır. Hazırda Uşakovun kabinetindən içərisində sənəd olan bir neçə çanta və qovluqların olduğu polietilen paketlər çıxarılıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Riqa   Korrupsiya  



Xəbər lenti