Braziliyalı futbolçu “Neftçi”dən ayrılıb

  30 Yanvar 2019    Oxunub : 1270
Braziliyalı futbolçu “Neftçi”dən ayrılıb
“Neftçi” klubunun futbolçusu Dario Frederiko Cənubi Koreyanın “Daequ” komandasına transfer olunub.
Azvision.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışının sonuncu günündə futbolçuya meneceri vasitəsilə başqa klubdan təklif gəlib. Daha sonra tərəflər arasında danışıqlar başlayıb.

“Neftçi”nin tələb etdiyi kompensasiya Cənubi Koreyanı klubu tərəfindən ödənildikdən sonra braziliyalı futbolçunun keçidinə icazə verilib.

Azvision.az

Teqlər: Neftçi