Erməni sosioloq ölkəsini ifşa edən açıqlama verdi

  Erməni sosioloq ölkəsini ifşa edən açıqlama verdi
  31 Yanvar 2019    Oxunub:2483
Ermənistanda müxalifət partiyalarından birinin sədr müavini, “Haynews.armenia” saytının məsul şəxsi Mqer Yegiazaryanın ölümü ictimai-siyasi qarşıdurmanı artırıb.

“Nubaraşen” həbsxanasında keçirdiyi 44 günlük aclıq aksiyası nəticəsində ölən Mqer Yeqiazaryan ötən ilin dekabrında həbs olunmuşdu.
51 yaşlı siyasətçi 2014-2018-ci illərdə fırıldaqçılıq yolu ilə hərbçiləri işlə təmin etmək, yaxud xidməti vəzifəsini yüksəltmək adı ilə külli miqdarda - 4 milyon 775 min dram vəsait mənimsəməkdə ittiham edilirdi. O özü isə ittihamları rədd edərək, həbs olunmasını siyasi səbəblərlə əlaqələndirirdi. Məhbusun ölümündən sonra oğlu Vazgen Yegiazaryan Ermənistanın baş naziri və parlamentin bir qrup deputatına açıq məktub ünvanlayaraq, onları atasının ölümünə bais olmaqda günahlandırıb. Siyasi məhbusun ölümü erməni cəmiyyətində narazılıqları artırıb. Narazı vətəndaşlar hakimiyyəti onları rahat buraxmağa çağırırlar.

Sosioloq Aqaron Adibekyan isə siyasi məhbusun ölümünün utancverici hal olduğunu açıqlayıb. Onun sözlərinə görə, hökumət insanları təqib etməkdə davam edərsə etiraz dalğası daha da güclənəcək. Onsuz da Ermənistanda insan haqları kobud şəkildə pozulur. Avropa parlamentariləri, beynəlxalq qurumlar isə buna göz yumurlar. Ermənistanda elə bir sahə yoxdur ki, orada problem yaranmasın. Vergi ödəyiciləri başladıqları itaətsizlik aksiyaları çərçivəsində yolları bağlayıblar. Onlar hökumət qarşısında vergi qanunvericiliyinə edilən dəyişikliyin ləğvi tələbini qoyublar.

İşğalçı ölkədə kriminogen vəziyyət də qeyri-sabitdir. İrəvanda fəaliyyət göstərən banklardan birində əlində balta olan şəxs polisə hücum edib. Ermənistanın sabiq deputatı Melik Manukyanın restoranında isə atışma olub. Hadisə Abovyan şəhərində baş verib. Restoranda çox sayda güllə və giliz, “Makarov” və TT tipli tapançalar aşkar edilib. Polis ölən şəxsin və 8 yaralının kimliyini müəyyənləşdirir. Fakt üzrə cinayət işi açılıb. (AzərTAc)

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti