İti vurmamaq üçün qəza törətdi: 2 ölü, 21 yaralı (VİDEO)

  31 Yanvar 2019    Oxunub : 1357
İti vurmamaq üçün qəza törətdi: 2 ölü, 21 yaralı (VİDEO)
Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu aşıb.
Azvision.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 3-ü ağır olmaqla 21 nəfər xəsarət alıb.

Şahidlərin sözlərinə görə, sürücü avtobusun qarşısına çıxan iti vurmamaq üçün istiqaməti dəyişməyə çalışıb. Nəticədə qəza baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.



Kənan Məmmədov
Azvision.az

Teqlər: İstanbul   Qəza