Litvada prezident seçkiləri üzrə kampaniyaya start verildi

Litvada prezident seçkiləri üzrə kampaniyaya start verildi
  11 Noyabr 2013    Oxunub:1128
Litvada prezident seçkiləri üzrə kampaniyaya rəsmən start verilib.
AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, ölkənin Mərkəzi SEçki Komissiyasından bildirilib ki, səsverməyə qədər 6 ay ərzində ölkə başçısı postuna namizədlərin qeydiyyatına başlanılıb.

Hazırda respublikada qeydiyyatdan keçmiş 40 partiyanın cəmi ikisi öz namizədlərini açıqlayıb.

Xristianlar və "Yaşıllar" İttifaqı Partiyasından İqnalinsk rayonunun meri Bronyus Rope, Əmək Partiyasından isə parlamentin deputatı, Milli təhlükəsizlik və müdafiə komitəsinin sədri Atruras Paulauskas namizədliyini irəli sürüb.

Hazırkı dövlət başçısı Dalya Qribauskayte isə hələlik planları barədə açıqlama verməyib.


Teqlər:





Xəbər lenti