İran sərhəddində vəziyyət gərginləşib - YENİLƏNİB

İran sərhəddində vəziyyət gərginləşib - YENİLƏNİB
  11 Noyabr 2013    Oxunub:1625
Azərbaycanla İran sərhəddində vəziyyət gərginləşib. Biləsuvar sərhəd keçid məntəqəsində yük avtomobillərinin sayı pik həddə çatdığı üçün yeni maşınlara yer tapılmır.
Neft və benzinlə yüklü avtomobil çənlərində sızmaların yaranması vəziyyəti daha da çətinləşdirib.

Azərbaycanın İranla sərhədindəki problemləri həllini tapmayıb. İran tərəfə keçmək üçün növbə gözləyən avtomobillərin sayı azalmaq əvəzinə artır. Sərhəddəki gərginliyin iki ölkə sərhədçilərinin görüşündən sonra azalacağı gözlənilsə də, vəziyyət daha da ciddiləşir. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, artıq Biləsuvar sərhəd buraxılış məntəqəsində İrana keçmək istəyən avtomobillərin sayı ən yüksək həddədir.

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəsmisi Mirrafiq Mirsultanovun ANS TV-nin Cəlilabad bürosuna verdiyi məlumata görə, bu gün günorta saatlarında Azərbaycan sərhədçilərinin iranlı həmkarları ilə sayca 2-ci görüşü baş tutub. İran tərəfi görüş zamanı məsələnin həll olunacağını bildirsə də, görüşdən sonra qarşı tərəfə daxil olan iki yerli yük avtomobili yenidən geri qaytarılıb.

Artıq hazırki saatlarda Biləsuvar sərhəd buraxılış məntəqəsinin avtomobil parkında yük avtomobilləri ən yüksək həddə çatıb və hazırki saatlarda avtomobil parkında yeni yük avtomobillərinin qəbulu üçün boş yer, demək olar ki, qalmayıb.

Bir neçə gün öncə Avtomobil dayanacağı həm İran, həm də yerli avtomobillərlə dolsa da, İran öz avtomobillərini tədricən qəbul etdikdən sonra park qismən boşaldı. Lakin bu gün günortadan sonra Naxçıvana gedəcək yeni yük avtomobillərinin gəlməsi ilə onların sayı daha da çoxaldı. Sürücülərin bir çoxu keçid olmadığından artıq avtomobillərini Biləsuvar sərhəd keçid məntəqəsində qoyaraq piyada Naxçıvana üz tutmağa başlayıblar.

Sürücülərin sözlərinə görə, Bakı-Naxçıvan intiqamətində bəzi yüklərin ünvana çatdırılmasının yubanması onlara qarşı əlavə cərimələrin tətbiq olunmasına səbəb olacaq.

***

5 gündür ki, hərəkətsiz halda dayanmış yük avtomobillərində artıq bir sıra texniki problemlər də yaranmağa başlayıb. Yükün təsirindən avtomobillərin təkərləri tədricən sıradan çıxır.
Neft və benzinlə yüklü avtomobil çənlərində sızmaların yaranması vəziyyəti daha da çətinləşdirib.

Hazırki saatlarda Biləsuvar İran sərhəddində 400-ə yaxın yük avtomobili sərhədi keçmək üçün növbə gözləyir.

Hazırda Azərbaycanla İran sərhəddi arasında, Biləsuvar Sərhəd Keçid Məntəqəsində vəziyyət daha da gərginləşib. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, keçid məntəqəsinin avtomobil dayanacağında yük avtomobillərinin sayı pik həddə çatıb. Hətta vəziyyət o həddə çatıb ki, əraziyə gələn yeni yük avtomobilləri üçün yer yoxdur.

Məsələ ilə bağlı Azərbaycan sərhədçiləri iranlı həmkarları ilə ikinci dəfə görüşüblər. Hələlik görüşün nəticələri barədə məlumat verilmir.

Qeyd eədk ki, səhər saatlarında Azərbaycan vətəndaşları gözləmədən sərhəddən keçiblər. 5 gündür ki, Biləsuvar Sərhəd Buraxılış Məntəqəsində hərəkətsiz halda dayanmış yük avtomobilərində artıq bir sıra texniki problemlər də yaranmağa başlayıb. Yükün təsirindən avtomobillərin təkərləri sıradan çıxır.


Teqlər:  





Xəbər lenti