“Rusiya İrəvanla Bakının intensivləşən təmaslarını alqışlayır” - Zaxarova

 “Rusiya İrəvanla Bakının intensivləşən təmaslarını alqışlayır” -  Zaxarova
  31 Yanvar 2019    Oxunub:2303
ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında son zamanlar intensivləşən təmasları alqışlayır.

Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.
“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi dəyişməz olaraq qalır və Minsk qrupunun həmsədri kimi biz vasitəçi funksiyamızı vicdanla və keyfiyyətlə yerinə yetiririk. Rusiya son zamanlar İrəvanla Bakı arasında müxtəlif səviyyələrdə baş tutan siyasi təmasları alqışlayır. Bu görüşlərlə bağlı münaqişə tərəflərinin özlərinin verdiyi konstruktiv qiymətləndirməni eşitdik və hesab edirik ki, nizamlanma prosesində irəliyə getmək üçün düzgün yol budur”, - deyə Zaxarova vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Rusiya   Minskqrupu  





Xəbər lenti