Gəncədə 3 avtoxuliqan saxlanılıb

Gəncədə 3 avtoxuliqan saxlanılıb
  12 Noyabr 2013    Oxunub:9698
Gəncədə yol hərəkət qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən 3 sürücü saxlanılıb və barələrində inzibati qaydada tədbir görülüb.
AzVision.az xəbər verir ki, Gəncə şəhər Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən şəhərin Gülüstan qəsəbəsində "VAZ 2107" markalı avtomobillə Eşqin Məmmədov, "VAZ 21011" markalı maşınla Əmrah Quliyev avtoxuliqanlıq maddəsi ilə təqsirləndirilib.

Digər bir avtoxuliqan-Ceyhun Abdullayev isə idarə etdiyi "VAZ 2107" markalı avtomobillə şəhərin mərkəz hissəsində yol hərəkət qaydalarını pozan zaman saxlanılıb.

Avtoxuliqanlar barəsində yol hərəkət qaydalarını kobud şəkildə pozduqlarına görə inzibati protokollar tərtib olunub, məhkəmə qərarı əsasında 15 sutkalıq həbs cəzası verilib.


Teqlər:





Xəbər lenti