İranla İngiltərə diplomatik münasibətləri bərpa etdi

İranla İngiltərə diplomatik münasibətləri bərpa etdi
  12 Noyabr 2013    Oxunub:1146
İran hökuməti Məhəmməd Həsən Həbubullazadəni ölkənin İngiltərədəki müvəqqəti işlər vəkili təyin edib. AzVision.az İRNA-ya istinadən xəbər verir ki, rəsmi London da öz növbəsində Acay Şarmanı İngiltərənin İrandakı müvəqqəti işlər vəkili qismində təsdiqləyib.

Bu, 2011-ci ildə Tehranda Britaniya səfirliyinə edilən hücumdan sonra qapadılan diplomatik münasibətlərin bərpası deməkdir. Rəsmi London o vaxt hesab etmişdi ki, Tehran səfirliyə hücumun qarşısını bilə-bilə almayıb, hətta insidentə lap yuxarı dairələrdən stimul verilib. Həmin insidentdən dərhal sonra ingilis diplomatları ölkəni tərk etmiş, onların Londondakı həmkarları isə “persona non-qrata” elan edilmişdi.

Münasibətlərin istiləşməsi Həsən Ruhaninin prezident seçilməsindən sonra başlayıb.


Teqlər:  





Xəbər lenti