Rusiyanın Xalq artisti solistlərimizə ustad dərsləri keçəcək
L.Rudakova Sverdlovsk (indiki Yekaterinburq) şəhərində anadan olmuşdur. 1992-ci ildə Moskva Dövlət Konservatoriyasının vokal sinfini bitirib (müəllimi - Xalq artisti, professor İ.İ.Maslennikova). Elə həmin il Rusiya Akademik Böyük Teatrının vokal truppasına qəbul edilmiş və bu teatrın səhnəsində lirik-koloratur səs tembri üçün nəzərdə tutulmuş partiyaları böyük ustalıqla ifa edib. Bir çox mötəbər vokal müsabiqələrinin (Vokalçıların Rimski-Korsakov adına beynəlxlaq müsabiqəsinin I mükafatı (1994); Vokalçıların Fransiska Vinyas adına 32-ci beynəlxalq müsabiqəsinin Qran-pri mükafatı laureatı (Barselona, 1994) qalibi olmuş. 1995-ci ildə BBC telekompaniyası dünyanın beş ən yaxşı gənc opera müğənniləri sırasına onun da adını daxil edib.
L.Rudakova Nyu-York Metropoliten operası, habelə Avropanın ən mötəbər opera teatrlarının - Hamburq, Florensiya, Zalsburq, Belçika, Fransa, İtaliya və b. səhnələrində çıxış etmiş, bir çox görkəmli dirijor və orkestrlərə çalışıb.
Müxtəlif dövrlərdə o N.Qedda, V.Kazarova, P.Dominqo, F.Arayza, L.Nuççi, Y.Nesterenko, Y.Obraztsova, T.Sinyavskaya kimi dünya şöhrətli vokalçılarla birlikdə çıxış edib.
L.Rudakova teatr tamaşalarında çıxış etməklə yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olur. O həm də P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını professoru olub, pedaqoq kimi çalışır. Rudakovanın tələbələri bir sıra beynəlxlaq müsabiqələrin laureatıdır. Onlar Moskva və Avropanın müxtəlif opera teatrlarının solistləridir.
Ümid edirik L.Rudakovanın Bakıya səfəri və onun Azərbaycanın gənc vokalçıları ilə aparacağı ustad dərsləri də solistlərimiz üçün faydalı olacaq.
Azvision.az
Teqlər: