Tramp Kimlə görüş yerini gələn həftə açıqlayacaq

Tramp Kimlə görüş yerini gələn həftə açıqlayacaq
  01 Fevral 2019    Oxunub:1486
ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla növbəti görüşünün vaxtı və yeri gələn həftə məlum olacaq.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp Ağ evdə jurnalistlərə açıqlamasında bildirib.

Görüşün fevralın ayının sonlarında keçirilməli olduğunu xatırladan Tramp “Biz bunu çox tezliklə, ola bilsin ki, gələn həftə elan edəcəyik”, - deyə cavab verib.

O, həmçinin Şimali Koreya ilə böyük irəliləyişə nail olunduğunu vurğulayıb.

Azvision.az




Teqlər: ABŞ   Tramp  





Xəbər lenti