Üç ölkə prezidenti Suriyanı müzakirə edəcək

  01 Fevral 2019    Oxunub : 1022
Üç ölkə prezidenti Suriyanı müzakirə edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya lideri Vladimir Putin və İranın rəhbəri Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, üç ölkə prezidentinin görüşü fevral ayının 14-də Soçidə keçiriləcək.

Çavuşoğlu qeyd edib ki, görüşdə əsasən Suriyadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.

Azvision.az


Teqlər: Türkiyə   Çavuşoğlu   İran   Rusiya