Paşinyanın iqamətgahından xatirə sikkələri oğurlanıb

Paşinyanın iqamətgahından xatirə sikkələri oğurlanıb
  01 Fevral 2019    Oxunub:2036
İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın Baqramyan prospekti 26 ünvanında yerləşən iqamətgahından xatirə sikkələri oğurlanıb.

Azvision.az Shamshyan.com-a istinadən xəbər verir ki, yanvarın 25-dən 30-dək olan dövrdə Ermənistanın hökumət aparatının birinci korpusundan 4 xatirə sikkəsinin oğurlandığı məlum olub.
Həmin sikkələr binanın 3-cü mərtəbəsindəki stenddə saxlanılırmış. Faktla bağlı materiallar toplanılıb, polis araşdırma aparır.

Azvision.az



Teqlər: Ermənistan  



Xəbər lenti