Azərbaycan mətbəxini təmənnasız təbliğ edən Stalik Xankişiyev

 Azərbaycan mətbəxini təmənnasız təbliğ edən Stalik Xankişiyev
  01 Fevral 2019    Oxunub:6272
Mətbəx mədəniyyətindən bəhs edən bir neçə kitab müəllifi Stalik Xankişiyev Rusiyada çox məşhurdur. İştirak etdiyi televiziya verilişlərində Azərbaycan milli mətbəxinə geniş yer ayırır. "Bazar, qazan və dəstərxan" kitabı iyirmi ildə mətbəxə həsr olunan kitablar arasında "Ən yaxşı kitab" nominasiyasına layiq görülüb.
O, "Böyük İpək Yolu" mükafatını qazanıb. Onun "Qazan, kulinariya dərsliyi" kitabı 2015-ci ildə "Qurman" kulinariya kitabları beynəlxalq müsabiqəsində birinci yeri tutub. "Plov, kulinar tədqiq" kitabı isə 2016-cı ildə həmin müsabiqənin "Milli mətbəx haqqında ən yaxşı" nominasiyasında qalib gəlib…

Stalik Xankişiyev 1962-ci ildə Özbəkistanın Fərqanə şəhərində dünyaya gəlib. Atası azərbaycanlı, anası isə alman millətindəndir. Çox alicənab, milli kimliyinə önəm verən, azərbaycanlı olduğundan qürur duyan soydaşlarımızdandır…

Deyir ki,- "Bir azərbaycanlı olaraq milli mətbəximizin beynəlxalq aləmdə qəbul olunması, başqaları tərəfindən mənimsənilməməsi üçün əlimdən gələni edəcəyəm"...

Başqa ölkədə doğulub böyüsə də, ürəyi bizimlə döyünən Stalik Xankişiyevin fevralın 2-də doğum günüdür, 57 yaşı tamam olur. Azərbaycan mətbəx mədəniyyətini təmənnasız təbliğ edən bu soydaşımıza təbrik borcumuz var.

Doğum günü münasibəti ilə ona uzaq Amerikadan möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


Azvision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti