Paşinyanın Merkellə görüşü başlayıb

   Paşinyanın Merkellə görüşü başlayıb
  01 Fevral 2019    Oxunub:1612
Berlinə rəsmi səfər edən Ermənistan baş naziri Nikol Paşinyanla Almaniya kansleri Angela Merkel arasında ikitərəfli görüş başlayıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, görüşdən sonra Merkellə Paşinyan birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaqlar.

Qeyd edək ki, Paşinyan yanvarın 30-dan Almaniyada rəsmi səfərdədir. O, səfəri çərçivəsində ilk görüşlərini Almaniyanın qərbindəki Köln şəhərində keçirib.

Xatırladaq ki, Merkellə Paşinyanın ilk təkbətək görüşü 2018-ci ilin avqustunda Almaniya kanslerinin Cənubi Qafqaz regionuna səfəri çərçivəsində baş tutmuşdu.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Almaniya  





Xəbər lenti