Avropa kubokunda ölkəmizi 9 cüdoçu təmsil edəcək

Avropa kubokunda ölkəmizi 9 cüdoçu təmsil edəcək
  02 Fevral 2019    Oxunub:1657
Fevralın 2-də Portuqaliyanın Odivelas şəhərində kişilər arasında açıq Avropa kuboku start götürəcək.
Qitə turnirində Azərbaycanı Tofiq Məmmədov, Balabəy Ağayev (hər ikisi 60 kq), Nurlan Osmanov (66 kq), Rüfət Məmmədov (73 kq), Fəqan Quluzadə, Araş Ağayi, Naim Hüseynov (hər üçü 81 kq), Aslan Mirzəyev (90 kq), Süleyman Yaqubov (100 kq) təmsil edəcəklər.

Otuz beş ölkədən 230-dan çox idmançının qüvvəsini sınayacağı turnirə fevralın 3-də yekun vurulacaq.

Azvision.az



Teqlər: Cüdo  





Xəbər lenti