Gəncədə Aşura günü hazırlığı

Gəncədə  Aşura günü hazırlığı
  12 Noyabr 2013    Oxunub:1377
Gəncə şəhəri Aşura gününə hazırlaşır. Belə ki, İmamzadə dini kompleksində təmir işlərinin getməsinə baxmayaraq, noyabrın 14-də həmin ziyarətgah ziyarətçilərinin üzünə açıq olacaq.
Bundan başqa, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişi ilə vətəndaşların rahatlığını təmin etmək üçün avtobuslar ayrılıb, çadırlar quraşdırılıb. Həmin gün şəhər məscidlərində ehsan süfrələri açılacaq.

Bütün məscidlər içməli su və işıqlandırma sistemi ilə təmin olunub. Həmçinin təcili tibbi yardım briqadaları insanların xidmətində olacaq.


Teqlər:  





Xəbər lenti