İran yeni raketini nümayiş etdirdi

 İran yeni raketini nümayiş etdirdi
  02 Fevral 2019    Oxunub:2558
İran Müdafiə Nazirliyi 1979-cu ildəki İran islam inqilabının 40 illiyi münasibətilə bu gün yeni uzaq mənzilli qanadlı raketin təqdimatını edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, təqdimatda çıxış edən İran müdafiə naziri Əmir Hatəmi yeni raketin yerli istehsal məhsulu olduğunu deyib.

“1300 kilometrdən çox uzaqlıqda yerləşən hədəfləri vurmaq qabiliyyətinə malik bu qanadlı raket döyüş hazırlığına gətirilməsi üçün çox az vaxt tələb edir və aşağı hündürlükdə uça bilir. Yer-yer tipli olan bu yeni raket “Hoveyzə” adlanır və 2015-ci ildə təqdim etdiyimiz “Sumar” qanadlı raketləri silsiləsindəndir. Bu raket sübut edir ki, İran günbəgün özünün müdafiə qabiliyyətini gücləndirir və öz milli təhlükəsizliyi və maraqlarının təmini üçün kimdənsə icazə almır” – Hatəmi vurğulayıb.

ABŞ İranın raket istehsalı proqramını dəfələrlə qınayaraq, onun BMT qətnamələrinə zidd olduğunu bəyan edib. Vaşinqton ehtiyat edir ki, uzaqmənzilli raket və peyk texnologiyasını inkişaf etdirməklə, İran nüvə başlığı daşıya bilən qitələrarası ballistik raket hazırlaya bilər.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   “Hoveyzə”   ABŞ  





Xəbər lenti