Ukrayna hərbi strukturları xaricdən birbaşa silah alacaqlar

Ukrayna hərbi strukturları xaricdən birbaşa silah alacaqlar
  02 Fevral 2019    Oxunub:2122
Fevralın 3-də Ukrayna Müdafiə Nazirliyinə sərbəst və birbaşa şəkildə xaricdən silah almasına icazə verən “Silah alışının qaydaları haqqında” qanun qüvvəyə minəcək. Azvision.az xəbər verir ki, qanun bu gün Ukrayna Ali Radasının (parlament) “Ukraynanın səsi” rəsmi qəzetində dərc edilib.
““Silah alışının qaydaları haqqında” qanun dərc edildiyi vaxtdan bir gün sonra qüvvəyə minir” -qəzetdə yazılıb.

Qeyd edək ki, 2019-cu ilin yanvarında Ukrayna parlamenti Müdafiə Nazirliyinin hərbi məhsulları birbaşa idxal etməsinə icazə verən qanun qəbul edib. Ukrayna prezidenti Pyotr Poroşenkonun sözlərinə görə, bu qanun həm Müdafiə Nazirliyi, həm də Silahlı Qüvvələrin Baş Qərargahına xaricdən silah alışını vasitəçilər olmadan həyata keçirməyə və bununla da, silah idxalı prosesinin sürətləndirilməsi və optimallaşdırılmasına, həmçinin, dövlət vəsaitlərinə qənaət olunmasına imkan verəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna  





Xəbər lenti