Rusiya da raket sazişindən çıxdı

 Rusiya da raket sazişindən çıxdı
  02 Fevral 2019    Oxunub:2798
Rusiyanın dövlət başçısı Vladimir Putin ABŞ-ın Orta və Kiçik Mənzilli Raketlərin Ləğvi haqqında Müqavilədən çıxmasına adekvat cavab verəcəklərini bildirib.
Azvision.az xəbər verir ki, Putin Rusiyanın xarici işlər naziri Serqey Lavrov və müdafiə naziri Serqey Şoyqu ilə görüşündə qeyd edib ki, ABŞ-a cavab olaraq Rusiya da Orta və Kiçik Mənzilli Raketlərin Ləğvi haqqında Müqavilədən çıxacaq.

“Amerikalı tərəfdaşlar Müqavilədə iştiraklarını dayandırdıqlarını elan etdilər, biz də dayandırırıq”, -deyə Putin bildirib.

Qeyd edək ki, ABŞ-ın Silahla Mübarizə və Beynəlxalq Təhlükəsizliyi üzrə dövlət katibinin müavini Andrea Tompson bildirib ki, rəsmi Vaşinqton cari ilin fevral ayının 2-si Orta və Kiçik Mənzilli Raketlərin Ləğvi haqqında Müqaviləsindən çıxacaq. Onun sözlərinə görə, ABŞ sazişdən çixan kimi müqavilənin qadağan etdiyi silahların hazırlanması ilə məşğul olacaq.

İlkin Nəcəfzadə
Azvision.az





Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti