Avstraliyada hava limanı təxliyə edildi - Bomba həyəcanı

 Avstraliyada hava limanı təxliyə edildi -    Bomba həyəcanı
  02 Fevral 2019    Oxunub:2176
Avstraliyanın şərqindəki Brisben hava limanı fövqəladə vəziyyətlə əlaqədar təcili olaraq evakuasiya edilib.
Azvision.az xəbər verir ki, bu barədə Avstraliyanın Kvinsled ştatının polisi bildirib.

“Polis Brisben hava limanında fövqəladə vəziyyətin yarandığı haqda məlumat verir. Beynəlxalq hava limanı evakuasiya edilib. İctimaiyyət nümayəndələrinə məsləhət görülür ki, hazırda polisin işlədiyi Brisben hava limanından uzaq dursunlar” – Polisin "Tvitter"də yaydığı məlumayda qeyd olunub.

“9news” portalı xəbər verir ki, Brisben beynəlxalq hava limanının terminalında bıçaqla silahlanmış kişi, həmçinin, bomba partlaması təhlükəsi var. Hazırda hava limanı ərazisinə çox sayda polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Avstraliya   Brisben  





Xəbər lenti