İtaliyalı hücumçu "Neftçi"yə keçdi

  02 Fevral 2019    Oxunub : 1253
İtaliyalı hücumçu "Neftçi"yə keçdi
Canluka Sansonenin "Neftçi"yə keçidi rəsmiləşib.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı hücumçu ilə 1,5 illik müqavilə bağlanıb. 31 yaşlı forvard "ağ-qaralar"ın heyətində 16 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu Novara (2016-2019) olan Sansone İtaliyanın "Montorio” (2005-2006), "Peşina” (2006-2008), "Syena” (2008-2010), "Qallipoli” (2009), "Lançano” (2009-2010), "Frosinone” (2010-2011), "Sassuolo” (2011-2012), "Torino” (2012-2013), "Sampdoriya” (2013-2016), "Bolonya” (2015), "Bari” (2015-2016) klubarında da çıxış edib.

Azvision.az

Teqlər: Neftçi