"Səbail" və "Sabah" qələbə qazandı

"Səbail" və "Sabah" qələbə qazandı
  03 Fevral 2019    Oxunub:2022
Topaz Premyer Liqasında mövsümün ikinci dövrəsinə start verilib.
Azvision.az xəbər verir ki, XV turun açılış matçında "Zirə” debütant “Sabah”ı qəbul edib. Görüş “Sabah”ın 0:2 hesablı qələbəsilə başa çatıb. Bu qələbə ilə "Sabah" 4-cü pillədəki mövqeyini qoruyub.

Günün digər oyununda "Keşlə" doğma meydanda "Səbail"ə 0:3 hesabı ilə məğlub olub. Səbaillilərin heyətində Kevin Kubemba (14), Elvin Yunuszadə (53) və Ağabala Ramazanov (59) fərqləniblər.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Azvision.az



Teqlər: Futbol   Topaz  





Xəbər lenti