63 yaşlı qadın Paşinyanın iqamətgahından oğurluq edib

  63 yaşlı qadın Paşinyanın iqamətgahından oğurluq edib
  03 Fevral 2019    Oxunub:2390
Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda Baqramyan prospekti 26 ünvanında yerləşən iqamətgahından oğurluq edən şəxs müəyyən edilib.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, faktla bağlı müstəntiqlər 20 nəfəri dindiriblər.
Onlardan biri, 1956-cı il təvəllüdlü qadın iqamətgahdan xatirə sikkələrini oğurladığını etiraf edib. Qiymətli əşyalar yerinə qaytarılıb, cinayət işi başlanıb.

Azvision.az



Teqlər: Paşinyan   Oğurluq  



Xəbər lenti