Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib
Olimpiadaların şəhər mərhələsi paytaxtdakı 16 imtahan mərkəzində təşkil edilib. Olimpiadalar Binəqədi rayonu üzrə 276, Nərimanov rayonu üzrə 36, Nəsimi rayonu üzrə 46 və 54, Nizami rayonu üzrə 32 və 229, Qaradağ rayonu üzrə 139, Sabunçu rayonu üzrə 96 və 310, Suraxanı rayonu üzrə 114, Xətai rayonu üzrə 95 və 245, Xəzər rayonu üzrə 124, Yasamal rayonu üzrə 18 və 53 nömrəli tam orta məktəblərdə, Səbail rayonu üzrə isə 160 nömrəli Klassik gimnaziyada keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri (BŞTİ) Rəşad Tağıyev paytaxtdakı 36 nömrəli tam orta məktəbdə fənn olimpiadalarının gedişini izləyib.
Bilik yarışında IX, X və XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri daxil olmaqla, ümumilikdə 7 233 şagird iştirak edib. Onlardan 5 681 nəfəri BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləridir. 1 552 nəfər isə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də özəl məktəblərin şagirdləridir.
Respublika fənn olimpiadalarının şəhər mərhələsində Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə sualların cavablandırılması üçün şagirdlərə 3 saat vaxt ayrılıb.
Azvision.az
Teqlər: Olimpiada