“Qarşıdakı oyunlar daha ağır olacaq” - Qurban Qurbanov

“Qarşıdakı oyunlar daha ağır olacaq” -    Qurban Qurbanov
  04 Fevral 2019    Oxunub:1987
"Maraqlı oyun keçdi. Hər iki komanda özünü yaxşı tərəfdən göstərdi"
Azvision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə oyundan sonra açıqlamasında deyib.

"Qarşıdakı oyunlar bizim üçün daha ağır olacaq. Adi bir səhv qolla nəticələndi. Rəqib komanda müdafiədə daha diqqətli oldu. Epizodlardan istifadə edə bilmədik", - deyə Qurbanov söyləyib.

Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasında 15-ci turun son oyununda "Qarabağ" komandası paytaxt təmsilçisi "Neftçi" ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Azvision.az



Teqlər: Qurban-Qurbanov   Qarabağ   Neftçi  





Xəbər lenti