“Tramp İrana görə bizdən icazə almayıb” - Bəhram Salih

“Tramp İrana görə bizdən icazə almayıb” -  Bəhram Salih
  04 Fevral 2019    Oxunub:2580
İraq prezidenti Bəhran Salih bəyan edib ki, ABŞ prezidenti Donald Tramp İraq ərazisindəki amerikalı qoşunların İranı güdməsi üçün rəsmi Bağdadın icazəsini almayıb.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Bağdadda forumda çıxış edən Salih ABŞ prezidenti Donald Trampın İraqdakı amerikalı qoşunların “missiyası” ilə bağlı “CBS” telekanalında dediklərinə reaksiya verərkən bildirib.
“ABŞ qoşunları Vaşinqtonla Bağdad arasındakı ikitərəfli razılaşma əsasında sırf terrorizmlə mübarizə kimi konkret missiya üçün İraqdadır və bu missiyadan kənara çıxmamalıdırlar. İraqı öz problemlərinizlə yükləməyin. ABŞ böyük gücdür, amma yalnız öz siyasi maraqlarını güdməməlidir, çünki burada yaşayan bizik. İranla və digər qonşu ölkələrlə yaxşı münasibətlərə sahib olmaq İraqın fundamental marağıdır” - Bəhran Salih vurğulayıb.

Qeyd edək ki, Tramp “CBS” telekanalına müsahibəsində bildirmişdi ki, ABŞ-ın İraqdakı hərbi iştirakı Vaşinqtonun İranı yaxından güdməsi və nəzarətdə saxlaması baxımından olduqca vacibdir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   İraq   ABŞ  





Xəbər lenti