Daha bir həmyerlimiz Moskvada qətlə yetirilib
“Dünən saat 00-42 radələrində hüquq mühafizə orqanlarına Bryanskaya küç., ev 3 ünvanında qətl hadisəsinin törədildiyi barədə məlumat daxil olub. Hadisə yerinə gəlmiş hüquq mühafizə orqanları əməkdaşları çoxsaylı bədən xəsarətləri almış kişi cəsədi aşkar ediblər. Müəyyən olunub ki, qətlə yetirilən 1971-ci il təvəllüdlü milliyətcə azərbaycanlıdır”.
Hazırda faktla bağlı cinayət işi qaldırılıb. Cəsədin aşkarlanması barədə məlumatı artıq Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva baş idarəsi tərəfindən təsdiqlənib.
AzVision.az