Ermənistanda xərçəngdən ölənlərin sayı rekord həddə çatıb

 Ermənistanda xərçəngdən ölənlərin sayı rekord həddə çatıb
  04 Fevral 2019    Oxunub:2210
Hər il Ermənistanda xərçəng xəstəliyi səbəbindən 5600 nəfər dünyasını dəyişir. Onların əksəriyyəti 20-30 yaş arası gənclərdir.

Azvision.az xəbər verir ki, bu barədə 4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günü ilə əlaqədar Ermənistan Səhiyyə Nazirliyinin ölkədəki onkoloji xəstələrlə bağlı açıqladığı rəsmi hesabatında yazılıb.
Nazirliyin statistikasına əsasən, Ermənistanda ölüm hallarının başlıca səbəbləri siyahısında xərçəng xəstəliyi 20,4 faizlə ikinci yerdədir. Birinci yerdə isə qan dövranı sistemi xəstəlikləridir.

Ermənistan Səhiyyə Nazirliyi vurğulayıb ki, 2018-ci ildə ölkədəki dispanserlərdə həkim nəzarətində olan onkoloji xəstələrin sayı artıq 43 mini keçib. Buna baxmayaraq, hər il daha 8500 yeni hal qeydə alınır. Rəsmi statistikaya görə, ümumilikdə son 30 il ərzində Ermənistanda xərçəng xəstəliyinə tutulma və ölüm halları 3 dəfə artıb.

Ekspertlər hesab edir ki, cəmi 2,9 milyon əhalisi olan Ermənistan üçün xərçəng xəstəliyindən illik ölüm göstəricisinin bu qədər çox olması olduqca təhlükəlidir və əhalinin təbii artım səviyyəsinin aşağı düşməsi, eləcə də immiqrasiya problemi fonunda gələcəkdə ölkənin demoqrafik vəziyyətinə ciddi təsir edə bilər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti