Lavrov ABŞ-la yeni “soyuq müharibə”dən söz açdı

 Lavrov ABŞ-la yeni “soyuq müharibə”dən söz açdı
  04 Fevral 2019    Oxunub:1724
ABŞ-ın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədən tamamilə çıxması yeni “soyuq müharibə” erasının başladığından xəbər vermir.

Azvision.az “TASS”a istinadən xəbər verir ki, bunu Qırğızıstan-Rusiya Slavyan Universitetində çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Düşünmürəm ki, biz yeni “soyuq müharibə” dövrünün başladığından danışmalıyıq. Sadəcə, ABŞ-ın bütün silahlara nəzarət sistemini dağıtmağa doğru hərəkət etməyə qərar verdiyi yeni era başlayır və onun bu addımı təəssüf doğurur” – Lavrov bildirib.

Rusiya XİN rəhbəri onu da vurğulayıb ki, Moskva yeni silah yarışının başlanmasını istəmir. Amma Vaşinqtonun “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədən çıxmaq qərarından sonra ABŞ-dan gələcək təhdidlərə və onun taktiki nüvə silahı hazırlamaq planlarına Rusiya hərbi-texniki vasitələrlə cavab verəcək ki, bu da öz növbəsində nüvə silahının tətbiqi ərəfəsini daha da yaxınlaşdıracaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Soyuqmüharibə   Rusiya   ABŞ  





Xəbər lenti