İrəvanda universitet işçiləri etiraza hazırlaşır

  04 Fevral 2019    Oxunub : 1206
 İrəvanda universitet işçiləri etiraza hazırlaşır
İrəvan Dövlət Universitetinin 450 əməkdaşı işdən çıxarılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın elm və təhsil nazirinin keçmiş müavini Vaqram Mkrtçyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin 2018-ci ilin dekabrın 27-də qəbul etdiyi qərarra əsasən, universitetin 450 əməkdaşı cari ilin martın 31-dən etibarən işsiz qalacaq.

İşdən çıxarılanlar fevralın 7-də unversitetdən "Respublika" meydanınadək etiraz yürüşü keçirəcəklər.

Azvision.az

Teqlər: İrəvan   Etiraz