Yəhudi Milli Fondunun vitse-prezidenti: “Azərbaycanla əlaqələrə xüsusi önəm veririk”

 Yəhudi Milli Fondunun vitse-prezidenti:  “Azərbaycanla əlaqələrə xüsusi önəm veririk”
  04 Fevral 2019    Oxunub:3484
2019-cu ildə İsraillə Azərbaycan arasındakı qarşılıqlı faydalı əməkdaşlıq yeni səviyyəyə qalxacaq.
Azvision.az xəbər verir ki, bunu İsrailin Akko şəhəri merinin birinci müavini, Yəhudi Milli Fondunun vitse-prezidenti Zeev Noyman Dağ Yəhudilərinin Beynəlxalq Fondu - “STMEGI”yə müsahibəsində deyib.

“İsraillə Azərbaycan arasındakı ikitərəfli münasibətlər, sözsüz ki, yüksək səviyyədədir. İsrail ənənəvi olaraq Azərbaycanla əlaqələrinə xüsusi önəm verir. Tarixən bizim xalqlarımızı bir-birinə sıx dostluq münasibətləri bağlayıb. Keçmişdə olduğu kimi, indi də biz Azərbaycanda dinlərarası və millətlərarası tolerantlıq nümunəsi görürük. Ölkələrimiz arasında fundamenti hələ o zaman xarici işlər naziri olan Aviqdor Liberman tərəfindən qoyulan mədəni, istimai-siyasi və iqtisadi əməkdaşlıq daim güclənir, ən müxtəlif sahələrdə müştərək layihələr həyata keçiririk. Əminəm ki, 2019-cu ildə İsraillə Azərbaycan arasındakı qarşılıqlı faydalı əməkdaşlıq yeni səviyyəyə qalxacaq” – Zeev Noyman vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Akko   İsrail  





Xəbər lenti