Güləşçilərimiz İstanbulda beş medal qazandılar

Güləşçilərimiz İstanbulda beş medal qazandılar
  04 Fevral 2019    Oxunub:2251
İstanbulda keçirilən Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirinə yekun vurulub. On bir ölkədən 200-ə yaxın güləşçinin mübarizə apardığı yarışın sonuncu günündə yığmamız daha iki medal qazanıb.
Murad Məmmədov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oyan Nəzəriani (130 kq) isə gümüş medala sahib olub.

Beləliklə, millimiz ənənəvi turniri 5 medalla başa vurub. Xatırladaq ki, daha öncə Taleh Məmmədov (63 kq) ikinci, Rafiq Hüseynov (82 kq) və Orxan Nuriyev (97 kq) isə üçüncü yeri tutublar. Yekunda 114 xal toplayan komandamız dördüncü yeri tutub.

Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Vüqar Şükürov yarışda ədaləti qoruyub.

Azvision.az



Teqlər: İstanbul   Güləş  





Xəbər lenti