Virciniya ştatında yaşayan azərbaycanlı professor
…Atası Nəsif Musayev uzun illər Çaylı kənd məktəbində tarix fənnindən dərs deyib. Ömür-gün yoldaşı Təranə xanım Xarici Dillər Universitetini bitirib. Bakıda yaşayarkən orta məktəblərdən birində ingilis dili müəllimi olub. Virciniyaya gələndən sonra tibbi təhsil alaraq peşəsini dəyişib. Hazırda həyat yoldaşının işlədiyi universitetin hospitalında çalışır. Böyük oğlu Sanı Sanıyevin 37, ikinci oğlu Emil Sanıyevin isə 24 yaşı var. Sanı bəy Virginiya Kommonvels Universitetində informasiya texnologiyaları üzrə təhsil alıb, kiçik qardaşı isə əzzaçılıq fakultəsində oxuyur…
Professor Faiq Musayev Azərbaycanın Amerikadakı səfirliyinin bütün tədbirlərinə dəvət alır. Söylədiyinə görə, həmin tədbirlərin əksəriyyətində iştirak edib.
Deyir ki,- "ABŞ-a gəlmək istəyən gənclərə bir tövsiyəm var. Heç nədən qorxmasınlar, gəlib təhsillərini burada davam etdirsinlər. Yüksək texniki bazası olan universitetlərdə oxusunlar. Əlbəttə, ilk illərdə çətinliklər olacaq. Amma bu ölkədə çalışmaq, uğur qazanmaq istəyən gənclərə geniş imkanlar var"…
Onun arzuları çoxdur- istəyir ki, Qarabağ problemi tezliklə həllini tapsın. Doğma vətənində təhsilin səviyyəsi yüksək olsun. Baxmayaraq ki, iyirmi bir ildir Amerikada yaşayır, hələ də Azərbaycanı unutmur. Gözləyir ki, təqaüdə çıxıb, vətənə dönsün…
Deyir ki,- "Rəhmətlik Xudu Məmmədov bizə təkcə elm öyrətmədi. O, bizə yaxşı insan olmağı öyrətdi. Bu gün də onun öyüdləri ilə yaşayıram"…
Bu mehriban, təvazökar, hələ də şirin Qazax ləhcəsi ilə danışan azərbaycanlı professorun gözlərinə baxanda, qəlbinin dərinliklərindən boylanan vətən həsrətini görməmək olmur. İnanıram ki, bu həsrət onu nə vaxtsa vüsala qovuşduracaq.
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Azvision.az
Teqlər: