Türkiyədə İŞİD əməliyyatı: 22 nəfər saxlanılıb

   Türkiyədə İŞİD əməliyyatı:    22 nəfər saxlanılıb
  05 Fevral 2019    Oxunub:2074
Türkiyənin İstanbul şəhərinin 9 bölgəsi və Kocaelinin Başiskele məhəlləsi daxil olmaqla, 27 ünvanda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində 22 nəfər saxlanılıb.

Axtarış aparılan ünvanlarda çoxlu sayda sənədlər aşkar edilib. Şübhəlilərin İŞİD-in təbliğatını aparaq Suriyaya getdikləri, təşkilata yeni üzvlər cəlb etdikləri, eləcə də terrorçuların ailələrinə maddi yardım göstərdikləri məlum olub.


Hazırda bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.


Azvision.az




Teqlər: İŞİD   İstanbul   Türkiyə  





Xəbər lenti