“Bəli, konstitusiyaya və qanunlara uyğun olaraq prezidentin erkən seçkilər elan etmək hüququ var, amma bu bizə təhdid yaratmır. Gəlin, sakitləşək və normal işləyək” – Nazarbayev bildirib.
Qeyd edək ki, 2018-ci ilin dekabrında Nazarbayev ölkədə erkən prezident seçkilərinə hazırlıq barədə yayılan məlumatları təkzib edərək bildirmişdi ki, dövlət başçısının seçilməsi ilə bağlı seçkilər 2020-ci ilin dekabrında keçiriləcək. Daha sonra isə o, Konstitusiya Şurasından prezident səlahiyyətlərinin dayandırılmasına dair normaları aydınlaşdırmasını istəmişdi.
Leyla Elbrusqızı