Xanım baş nazir Avropa İttifaqının ikiüzlülüyünü ifşa etdi
“Rumıniyaya da başqa ölkələrin etdiyi kimi davranmağa icazə verilmir. Ölkəmizdə korupsiya və hökumət əleyhinə qanunsuz aksiyalarla bağlı gördüyümüz təhlükəsizlik tədbirlərini qınayırlar. Amma Fransada “sarı jiletlilər”in keçirdiyi etirazlarda nələrin baş verdiyini, polisin qeyri-insani davranışını hamımız gördük. Kimsə Avropa Parlamentinə gəlib Fransa haqqında qərar çıxarılmasını istəmədi. Bu, ikili standartdır” – Dançila vurğulayıb.
Xanım Dançila həmçinin bildirib ki, Avropa Komissiyasının anti-korrupsiya siyasəti çərçivəsində apardığı monitorinq ilə bağlı illik hesabatında yalnız Rumıniya və Bolqarıstanın adının çəkilməsi haqsızlıqdır: “Aİ Rumıniya, Bolqarıstan və digər ölkələrə qarşı ədalətli davranmır. Deyirlər ki, guya bu monitorinq mexanizmi ölkələrimizə kömək etmək üçündür. Mən Niderland, Fransa və Almaniyada da çox böyük korrupsiya faktları görmüşəm. Lakin heç kim bu ölkələrə qarşı da oxşar mexanizmin tətbiqini zəruri görmür.”
Qeyd edək ki, son zamanlar Rumıniya korrupsiya məsələsi ilə əlaqədar Avropa Komissiyası və Avropa Parlamentinin tənqid hədəfinə çevrilib, ölkə rəhbərliyi liberal demokratiyadan uzaqlaşmaqda günahlandırılıb.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Rumıniya Fransa Avropaİttifayqı