Tereza Mey yeni danışıqlar üçün Brüsselə gedir

  05 Fevral 2019    Oxunub : 1607
Tereza Mey yeni danışıqlar üçün Brüsselə gedir
Böyük Britaniyanın baş naziri Tereza Mey ötən ay parlamentarilər tərəfindən rədd edilən “Brexit” sazişi üzrə yenidən danışıqlara başlamaq ümidilə yanvarın 7-də Brüsselə səfər edərək Avropa Komissiyasının prezidenti Jan Klod-Yunkerlə görüşəcək.
Azvision.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Avrokomissiyanın sözçüsü Marqaritis Şinas bildirib. Meylə görüşdən bir gün əvvəl isə Yunker İrlandiyanın baş naziri Leo Vaeradkarı qəbul edəcək.

Avrokomissiyanın sədri ilə danışıqlarında Tereza Mey “Brexit”dən sonra İrlandiya ilə sərt sərhəd və gömrük rejiminə keçilməməsi üçün alternativ variantlara dair təkliflər vermək niyyətindədir. Bu, ötən ilin noyabrında “Brexit” sazişi üzrə razılıq əldə olunduqdan sonra Britaniya baş nazirinin Aİ-nın yüksək vəzifəli rəsmisi ilə ilk formal görüşü olacaq.

Qeyd edək ki, bu gün Tereza Mey “Brexit” sazişinə dəstək toplamaq üçün Şimali İrlandiyaya gedərək biznesmenlər və Demokratik İttifaq Partiyasının sədri Arlin Fosterlə görüşəcək.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Brexit   İrlandiya   Avropaİttifaqı