İrandan İsrailə növbəti xəbərdarlıq

İrandan İsrailə növbəti xəbərdarlıq
  05 Fevral 2019    Oxunub:2390
"Əgər İsrail Suriyadakı hədəflərə hava hücumlarını davam etdirərsə, İran ona sərt və cəzalandırıcı cavab verəcək"
Azvision.az xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani “Fars” agentliyinə müsahibəsində deyib.

“Əgər bu hücumlar davam edərsə, İsrailin kriminal və yalançı rəhbərlərinə dərs keçmək üçün biz cəzalandırıcı, sərt və müvafiq cavab kimi bəzi hesablanmış tədbirləri işə salacağıq”, – deyə iranlı rəsmi vurğulayıb.

Leyla Elbrusqızı Azvision.az


Teqlər: İran   Suriya   İsrail  





Xəbər lenti