Davutoğlu Kərbəlada - FOTOLAR

Davutoğlu Kərbəlada - FOTOLAR
  12 Noyabr 2013    Oxunub:1328
Baş diplomat yerli rəsmilərlə yanaşı bəzi müqəddəs yerləri də ziyarət edib
İraqda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İslam peyğəmbəri Həzrəti Muhammədin (ƏS) kürəkəni və xəlifəsi Həzrəti Əli (ƏS) ilə nəvəsi İmam Hüseynin (ƏS) məqbərəsini ziyarət edib. Bu barədə xəbərlər Türkiyə baş diplomatının sosial şəbəkədəki səhifəsində yayılıb. Davudoğlu həmçinin həzrəti Abbasın (ƏS), İmam Museyi Kazımın (ƏS) və böyük İslam alimi İmamı Əzəm əbu Hənifənin də məqbərələrində də olub.

Bundan başqa Əhməd Davudoğlu səfəri çərçivəsində Ayətullah Sistani, İraqın tanınmış dini liderlərindən olan Müqtəda əs Sədr və İraq türkmənləri ilə görüşlər keçirib.

Ziyarətlər zamanı rəsmilərin və yerlilərin göstərdiyi yaxın əlaqədən məmnun olduğunu deyən Əhməd Davudoğlu çox mütəəssir olduğunu yazıb.

S.Həsənova

Qalereya




Teqlər:  





Xəbər lenti