Şamaxı məktəblərində dərsə davamiyyət aşağı düşüb

   Şamaxı məktəblərində dərsə davamiyyət aşağı düşüb
  06 Fevral 2019    Oxunub:3038
Zəlzələ nəticəsində Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin 1-ci korpusunun 2-ci və 3-cü mərtəbələri arasındakı panel tavanının suvağı yerə tökülüb.
Bu barədə Azvision.az -a Şamaxı rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev məlumat verib. Bildirib ki, iki korpusdan ibarət məktəbin şagirdləri digər 2-ci tədris korpusuna yerləşdirilib. Eləcə də Şamaxının bir çox köhnə məktəb binalarında xırda çatlar əmələ gəlib.

Hazırda Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları zəlzələdən ziyan görmüş məktəblərə baxış keçirirlər. Məktəblərdə davamiyyət nisbətən zəif olsa da, hazırda dərslər davam edir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Şamaxı   Zəlzələ   Məktəb  





Xəbər lenti