Zəlzələ mağaza sahibinə 50 min manat ziyan vurdu - VİDEO

Zəlzələ mağaza sahibinə 50 min manat ziyan vurdu -  VİDEO
  06 Fevral 2019    Oxunub:6083
Xəbər verdiyimiz kimi, ötən gün ölkə ərazisində zəlzələ baş verib.

Azvision.az xəbər verir ki, zəlzələ Şamaxı rayonunun bəzi ərazilərində dağıntılara səbəb olub. Həmçinin, rayon ərazisində yerləşən mağazaların bir neçəsinə ciddi ziyan dəyib. "VİP" adlı supermarketin sahibinin bildirdiyinə görə, zəlzələ ona azı 50 min manat ziyan vurub.


Qeyd edək ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində yeraltı təkan qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

Azvision.az


Teqlər: Zəlzələ   Mağaza   Şamaxı  





Xəbər lenti