İranda polislərə hücum edildi: Ölən və yaralı var

İranda polislərə hücum edildi:  Ölən və yaralı var
  06 Fevral 2019    Oxunub:1721
İranın qərbindəki Loristan əyalətinin Hürrəmabad kəndində təhlükəsizlik qüvvələrinə edilən silahlı hücum nəticəsində 1 polis ölüb, digəri isə yaralanıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, silahlı hücum bu gün səhər saatlarında polislər Hürrəmabad kəndindəki yanacaqdoldurma məntəqəsində olarkən baş verib.

İnsident əsnasında hücumçular məntəqədəki yanacaq tankerinə də atəş açıblar. Şiddətli partlayış nəticəsində ətrafdakı binaların şüşələri qırılıb.

Hürrəmabad Polis İdarəsinin rəisi Əsəd Abdullahi bildirib ki, hücumun səbəbləri araşdırıldıqdan və silahlıların kimliyi müəyyənləşdirildikdən sonra ictimaiyyətə məlumat verəcəklər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran  





Xəbər lenti