Şamaxıda zəlzələdən sonrakı vəziyyət - VİDEO

Şamaxıda zəlzələdən sonrakı vəziyyət -  VİDEO
  06 Fevral 2019    Oxunub:4059
Fevralın 5-də Azərbaycanda zəlzələ olub. Yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.
Zəlzələ daha çox Şamaxıda dağıntılara səbəb olub. Belə ki, rayon mərkəzi və dağlıq kəndlərdə bir neçə fərdi ev, həyətyanı hasarlar və tikililər dağılıb. Zəlzələ dağıntılarla yanaşı sakinlər arasında təşvişə də səbəb olub. 30-dan çox insan təcili tibbi yardıma müraciət edib. Sakinlərdən birinin beyninə qan sızıb.

Azvision.az gecə saatlarında Şamaxıda lentə alınan videogörüntüləri təqdim edir:



Elvin Abdulqədirov
Video: Bəxtiyar Məmmədov

Azvision.az



Teqlər: Zəlzələ   Şamaxı  





Xəbər lenti