Bakı ilə İrəvan arasında birbaşa əlaqələr qurulub - KTMT-nin qərargah rəisi

  06 Fevral 2019    Oxunub : 2016
Bakı ilə İrəvan arasında birbaşa əlaqələr qurulub - KTMT-nin qərargah rəisi
"Beynəlxalq vasitəçilərin və region ölkələrinin birgə səyləri Dağlıq Qarabağ münaqişəsi ətrafında dialoqun fəallaşması, eləcə də gərginliyin azalmasına gətirib çıxardı"

Azvision.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərliyinin mütəmadi görüşləri sülh prosesi üçün zəruri olan şəraitin yaradılması və etimadın möhkəmləndirilməsinə yönələn tədbirlərin görülməsi üzrə müəyyən razılaşmalar əldə etməyə imkan verib.

"Son onilliklər ərzində ilk dəfə yüksək səviyyədə birbaşa əlaqələr qurulub", - Anatoli Sidorov əlavə edib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: KTMT   Qarabağ