Kosova ərazilərin bir qismini Serbiyaya qaytarır

  06 Fevral 2019    Oxunub : 842
Kosova ərazilərin bir qismini Serbiyaya qaytarır
Kosova Priştina ilə Belqrad arasında yekun saziş üçün ödəmə olaraq ərazilərin bir qismini Serbiyaya verməyə hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə Kosovanın rəhbəri Haşim Taçi bəyan edib. Onun sözlərinə görə, bu proses asan olmayacaq, amma “münaqişələrə və gərginliyə qayıtmaqdan qaçmağın yeganə yolu budur”.

Bununla belə Taçi vurğulayıb ki, bir neçə obyekt var ki onlar Serbiyaya verilə bilməz. Həmin obyektlər sırasına Qazivode su anbarı, Kosovska-Mitroviça şəhəri və “Trepça” sənaye kompleksi də daxildir.

Xatırladaq ki, Serbiyanın tərkib hissəsi kimi Kosova 1999-cu ildən BMT-nin nəzarətində olub. 2008-ci il fevralın 17-də isə öz müstəqilliyini elan edib və o vaxtdan etibarən dünyanın 114 ölkəsi Kosovanı müstəqil dövlət kimi tanıyıb. Kosovada yaşayanların təqribən 90 faizi müsəlman albanlardır. Burada həmçinin, serblər, terklər və qaraçılar da yaşayır. Azərbaycan Respublikası Kosovanın müstəqilliyini tanımır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Kosova   Serbiya   BMT