Klinton: “Tramp Putinə hədiyyə verdi...”

  Klinton:  “Tramp Putinə hədiyyə verdi...”
  07 Fevral 2019    Oxunub:2021
ABŞ-ın sabiq dövlət katibi, 2016-cı il prezident seçkilərində məğlub olmuş Hilari Klinton prezident Donad Trampın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədən çıxmaq qərarını sərt tənqid edərək, bunun Rusiya prezidenti Vladimir Putinə “hədiyyə” olduğunu deyib.
Azvision.az “The Hill” qəzetinə istinadən xəbər verir ki, Klinton belə bir bəyanatla Corctaun Universitetindəki tədbirdə çıxış edib.

“Düşünürəm ki, bu, Putinə hədiyyədir. Tramp administrasiyası müqaviləni pozduğuna görə Putini heç bir məsuliyyətə cəlb etmədən sazişdən çıxdı. Hazırda dünya lazım olan ən sonuncu şey nüvə silahlanması yarışıdır” – Klinton vurğulayıb.

Sabiq dövlət katibi onu da bildirib ki, Trampın yerinə olsaydı, yaranmış vəziyyətlə bağlı daha diplomatik yanaşma sərgiləyərdi. Çünki Rusiya ilə hansısa başqa formada razılaşma əldə etmədən müqavilədən çıxmaq regionda qeyri-müəyyənliyi daha da artıracaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti